24 fevral tarixində inzibati ofisimizdə birliyimizin üzvləri ilə ilk görüş təşkil olunmuşdur. Toplantını açıq elan edən birliyin idarə heyəti sədri Fuad Qasımov üzvlərə gələcək planlar və tədbirlər barədə məlumat verdi və sualları cavablandırdı. Daha sonra gənclər birlikdə yaradılmış şərait və tədris mühiti ilə tanış oldular, həmçinin üzvlük vəsiqələrini aldılar.
Görüş zamanı birliyin gələcək plan və perspektivləri haqqında ətraflı məlumat verildi, üzvlərin çoxsaylı sualları cavablandırıldı. Artıq mart ayından təlimlərə start veriləcəyi açıqlandı. Gənclərin maraqla qarşıladığı layihələr içərisində - İlk dəfə həyata keçiriləcək "Düşüncə Atelyesi" layihəsi seçilirdi. Bu layihə çərçivəsində gənclər öz ideya, plan və layihələrini həyata keçirmək üçün hərtərəfli dəstək alacaqlar. - Birliyimiz həmçinin fərdi inkişaf və dil kursları, seminar və təlimlər, ən əsası gənclər üçün ideal çalışma atmosferini üzvlərinə vəd edir.
Görüş gənclərlə tanışlıq və nahar yeməyi ilə yekunlaşdı.