23 İyun tarixində Şahmurad Almuradovun təlimçisi olduğu Psixologiya - Psixotiplər kursunda aktiv iştirak etmiş 25 üzvümüz sertifikatlarla mükafatlandırıldı.
7 seminardan ibarət kursun hər seminarında müxtəlif psixotiplər müzakirə olundu, onların xarakterik xüsusiyyətləri üzvlərə izah olundu və fikir mübadiləsi aparıldı. Həmçinin son seminarda qısa yazılı imtahan şəklində biliklər yoxlandı və təlimçi tərəfindən qiymətləndirildi.
Bu tip tədbirlərin və silsilə kursların gələcəkdə də birikdə intensiv təşkil olunması və sertifikatlarla mükafatlandırma nəzərdə tutulur.